Yaponiyada şirkətlərin birləşməsi və təhvil-təsliminə dair sövdələşmələrin sayı 2019-cu ildə tarixi rekord həddinə çatıb.

İqtisadiyyat.Az xəbər verir ki, “Recof” analitik mərkəzinin verdiyi məlumata görə, ötən həftə “Hitachi” ən böyük bölmələrini 4,5 milyard dollara satdığını elan edəndən sonra ölkədə ilin əvvəlindən bağlanmış M&A sövdələşmələrinin sayı 2840 təşkil edib. Əvvəlki rekord isə 2018-ci ildə 2818 sövdələşmə olub.

Bu ildə belə sövdələşmələrə 55 milyard dollara yaxın vəsait sərf edilib ki, bu da 2007-ci ildən, yəni maliyyə böhranından sonrakı dövr üçün rekord rəqəmdir.