Aparıcı Çin markası “Xiaomi” “Xiaomi Mi 9 SE” smartfonunun flaqman modelinin satış qiymətini bir daha aşağı salıb, indi smartfonun dəyəri 30 dollar daha ucuzdur.

Fins.az xəbər verir ki, söhbət cihazın 6 GB operativ yaddaş və 128 GB fləş yaddaşının quraşdırıldığı əsas modifikasiyasından gedir. Yenilənmiş qiymət etiketini nəzərə alaraq, flaqmanı 260 dollar qiymətinə əldə etmək olar, halbuki əvvəllər, o, 290 dollara satılırdı. İstehsalçı əvvəllər də dəfələrlə flaqman smartfonuna tələbatın artırılması üçün analoji tədbirlər görüb.

Digər komplektlərin qiyməti hələ keçən ay aşağı düşdüyündən onlarda indi heç bir dəyişiklik baş verməyib. Xatırladaq ki, “Xiaomi Mi 9 SE” qaceti ucuzlaşma fonunda daha cəlbedici görünən aktual parametrlərə malikdir.