Bir sıra Avropa ölkələrində "Wikipedia" internet ensiklopediyasının işində nasazlıqlar müşahidə olunur.

Bu barədə "Downdetector" resursunun yaydığı məlumatda bildirilir.

Nasazlıqların səbəbi hələ məlum deyil.

Ensiklopediyada axtarışa verilən səhifələr açılmır, eləcə də "wikipedia.org"un URL-i işləmir.

Problemlər Bakı vaxtı ilə sentyabrın 6-sı axşam saatlarından başlayıb.