Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ilə birlikdə Baş Qərargah rəisi Sergey Şaptalanın da vəzifəsindən azad edilməsi planlaşdırılır.

Bu barədə İqtisadiyyat.az “Ukrayinska Pravda”ya istinadən xəbər verir.

Məlumatda bununla bağlı prezident aparatında məsləhətləşmələrin aparıldığı qeyd olunub. Eyni zamanda bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı və Baş Qərargah rəisinin vəzifədən azad edilməsi bu həftə baş verə bilər.