Ukrayna Prezidenti Vladimir Zelenski qumar oyunlarını qanuniləşdirmək istədiyini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, onun təklifi beşulduzlu otellərdə kazinoların fəaliyyətinə aiddir. Prezidentin sözlərinə görə, qumar oyunlarının leqallaşdırılması turizmin inkişafına təkan verəcək.

Xatırladaq ki, Zelenski hələ prezidentliyə namizəd olarkən Ukraynanı Las Veqas etmək üçün bir fürsət olduğunu açıqlamışdı. 

Qeyd edək ki, Ukraynada qumar oyunlarına 2009-cu ildən bəri qadağa qoyulub. fed.az