Ucarda Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmtlər Agentliyi (AXA) DYP ilə birlikdə kənd təsərrüfatı texnikalarına qarşı növbəti reyd keçirilib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, reyd Ucarın Müsüslü kəndi ərazisində reallaşıb. Reyd zamanı bir sıra neqativ hallah aşkarlanıb. 

Belə ki, sürücülərin bəziləri saxla əmrinə tabe olmayaraq itaətsizlik göstərib. Bəzi sürücülər isə texnikanı sənədsiz idarə etdiyinə görə, inzibati qaydada cərimələniblər.

Bundan başqa, AXA tərəfindən sürücülərə broşurlar paylanaraq, marifləndirmə işləri aparılıb. 

Bildirilib ki, bu kimi tədbirlər mövsümə uyğun olaraq bölgələrdə mütəmadi davam edəcək.