Türkiyənin iqtisadi inam indeksi avqust ayında 7.9% artaraq 87.1% olub.

Türkiyənin Statistika Komitəsi avqust ayının iqtisadi inam indekslərini açıqlayıb. İyul ayında iqtisadi inam indeksi 80.7% olduğu halda, avqustda bu göstərici 7.9% artaraq 87.1% olub. İqtisadiyyat.Az "İxlas" agentliyinə istinadən bildirir ki, iqtisadi inam indeksindəki bu artım istehlak, real sektor( istehsal sənayesi), xidmət, pərakəndə ticarət və inşaat sektorundakı artımlardan qaynaqlandığı qeyd olunur.

Avqust ayında istehlak inam indeksi 58.3%, real sektor inam indeksi 102.1%, xidmət sektoru inam indeksi 89.1%, pərakəndə ticarət sektoru inam indeksi 95% və inşaat sektoru inam indeksi isə 55.5% dəyərinə yüksəlib.