Türkiyənin Muğla vilayətinin Bodrum rayonu yaxınlığında Rixter cədvəli üzrə 4,6 maqnitudalı zəlzələ baş verib.

Türkiyə Fəlakətlər və Fövqəladə Vəziyyət Mərkəzinin rəsmi saytında verilmiş xəbərə görə, yeraltı təkan yerli vaxtla saat 8.27-də qeydə alınıb. Zəlzələnin episentri Bodrum sahilindən 350 metr aralıda, 7,8 kilometr dərinlikdə olub.

Dağıntı və tələfat barədə rəsmi məlumat yoxdur. ( modern.az )