Türkiyənin Tunceli vilayətində 4,2 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 02:58-də Pülümür rayonunda qeydə alınıb.

Zəlzələnin episentri təxminən 7 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, sentyabrın 26-da İstanbulda 5,8 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 473 binaya ziyan vurulub.