Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca koronavirus təhlükəsi ilə bağlı açıqlama edib.

“Haber Global”ın məlumatına görə, nazir açıqlamasında Çində yaranıb, dünyanın 56 ölkəsinə yayılmış koronavirusla bağlı müdafiə tədbirlərini davam etdirdiklərini bildirib. O qeyd edib ki, daha öncə Çin və İranla gediş-gəliş dayandırılmışdısa, bu gecədən həmin siyahıya başqa ölkələr də əlavə olunub:

“Türkiyə ilə İtaliya, Cənubi Koreya və İraq arasında hava nəqliyyatı dayandırılıb. Bundan başqa, İraqla sərhədlər də bağlanılıb. Bu tədbirlər müvəqqəti xarakter daşıyır”.