ABŞ-ın elektromobil istehsalçısı Tesla, maliyyə ilinin ilk rübündə 700 milyon dollar zərər edib.

İqtisadiyyat.Az xəbər verir ki, şirkət, müştərilərinə avtomobil təhvilində çətinlik çəkməsinə bağlı olaraq ikinci rübdə də zərər edəcəyini bildirib.

Tesla-nın ilk rübdə gəlirləri keçən ilin eyni dövründəki 3,41 milyard dollardan 4,54 milyard dollara qalxıb, NON-GAAP səhmbaşına zərəri isə 2,90 dollar olub.