"Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günüdür. Vətən müharibəsindən sonra 288 vətəndaşımız Ermənistanın işğal müddətində basdırdığı minaların qurbanı olub, onlardan 50-si həyatınıı itirib. Ermənistan hələ də Azərbaycan ərazisində mina basdırmağa davam edir. 30 illik işğal müddətində Azərbaycan ərazilərində 1 milyona yaxın mina basdıran Ermənistan yenə də qeyri-leqal olaraq Qarabağa mina daşıyır. Laçın rayonunda aşkar edilən və 2021-ci il Ermənistan istehsalı olan minalar bunu bir daha təsdiq edirdi".

İqtisadiyyat.az bildirir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. O qeyd edib ki, ərazimizin bir hissəsinin uzun müddət işğalda qalması nəticəsində Azərbaycan hazırda dünyada minalar ilə ən çox çirklənmiş ölkələrdən hesab olunur. Yalnız Füzuli rayonunda işğal dövründə 100 minə yaxın minanın basdırıldığı güman edilir:

 

 

"Minadan təmizləmə prosesi sürətlə davam etdirilir. Qarabağda ərazilərin 15 faizindən çoxu minalardan təmizlənib. Yalnız 2021-ci ildə minadan təmizləməyə dövlət büdcəsindən 67 milyon manatdan çox vəsait ayrılıb. Bu il 40 min hektardan çox ərazinin minalardan təmizlənməsi planlaşdırılır. Bütövlükdə, 2026-ci ilədək Qarabağ və Şərqi Zəngəzurda minalardan təmizlənəcək ərazilərimizdə 150 mindən çox vətəndaşımız məskunlaşacaq".