Dünyada bir tendensiya halı alan sümük suyu, meyvə şirələri kimi bazarlarda satılır. Əsrlər boyu istifadə olunan sümük suları, zəngin vitaminlər və minerallar sayəsində insan sağlamlığına çox faydalıdır. Suyun tərkibində olan bütün vitaminlər və minerallar xüsusilə zəif əzələləri olan xəstələrə məsləhətdir. Sümük suyu istehlakının artması xərçəngə qarşı yüksək təsirli bir qidadır. İqtisadiyyat.az xarici mediaya istinadən sümük suyu və sümük suyunun faydalarını tərtib edərək oxucularına tədqim edir.

Tam şəfa olan sümük suyunun faydalarını öyrənəndə, hər gün içmək istəyəcəksiniz. Aşağıdakılar  sizin üçün tərtib etdiyimiz sümük suyun faydalarıdır.

Qaynayarkən tərkibində olan bütün vitaminlər və mineralların suya çıxdığına görə həkimlər xüsusilə zəif əzələləri olan xəstələrə məsləhət görürlər. Dünyada məşhur olan sümük suyu, meyvə sularının satıldığı kimi satılır. Amerika küçələrində hər üç nəfərdən birinin əlində sümük suyu görmək olar.

Ümumiyyətlə yeməkdə istifadə etdiyimiz sümük suyu təkcə şorba kimi yeyilir. İribuynuzlu heyvanların sümüklərindən edilən bu şorbalar daha çox faydalıdır.

Onlar içərisində olan ilik insan bədənindəki ilik kimi eyni olduğundan, sümüklərin güclənməsini təmin edir. Mütəxəssislər müntəzəm olaraq uşaqların, yeniyetmələrin və hamilə qadınların istifadəsini təklif edirlər. Sümük suyu, proqressiv yaşda sümük zəifləməsinin qarşısını alır.

-Yuxarı yaşlı insanlarda çox görünən sümük zəifliyini bərpa etmək üçün gündə bir stəkan sümük suyu içmək lazımdır.  Sümük suyu kollagen, glutamin və prolin kimi maddələr ehtiva edir. Bu maddələr insan orqanında da var, Amma onların miqdarı azdır və bu da ciddi sağlamlıq problemlərinə səbəb olur. Lakin sümük şirəsinin müntəzəm istifadəsi bunun qarşısını alır.

-Bəzi xəstəliklər, dərmanlar və qidalar sinir sistemində zərərli toksinlərin dərəcəsini artırır və bir çox xəstəliklərin ortaya çıxmasına səbəb olur. Bununla yanaşı, sümük suyu ehtiva edən minerallardan bu vəziyyətin riskini azaldır.

-Beyin sağlamlığında faydalı qidalardan biridir. Antioksidan sümük suyu, yuxusuzluq və yorğunluq tutulma riskini azaldır.

-Ekspertlər deyir ki, sümük suları inkişaf dövrü, hamilə qadınlar və sümük  xəstələri tərəfindən istehlak edilməli olan qidalardan biridir.

-Amin turşuları ilə zəngin olan sümük suları dəri toxumasını qoruyur, yaşlanma və ləkə yaranmasının qarşısını alır. Dəri qatının deformasiyasını dəri altında yeniləyir.