LPO ASC“Standard Insurance” sığorta şirkətinin əmlaklarının satışı ilə bağlı hərrac keçiriləcəkdir.

Ləğv prosesində olan “Standard Insurance” sığorta şirkətinin ləgvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil onların ümumilikdə satış qiyməti olan  787.500 (yeddi yüz səksən yeddi min beş yüz) manata təkrar hərraca çıxarılacaqdır. Hərrac “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən 1 iyul  2022-ci ildə  saat 11:00-da (növbəlilik qaydasında) keçiriləcəkdir.

Hərracda iştirak üçün satış qiymətinin 1%-i, yəni 7.875  (yeddi min səkkiz yüz yetmiş beş) manat məbləğində beh ödənilməlidir.

Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapmışdır:

 

 Daşınmaz əmlak növü

Ünvanı

Ümumi sahəsi

Hərrac qiyməti

AZN

Beh

AZN

Rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil

Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 20

56.6 м²

787.500 (yeddi yüz səksən yeddi min beş yüz)

7.875  (yeddi min səkkiz yüz yetmiş beş)

Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küç., ev 251, mənzil 49

46.5м²

Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 50

52.7 м²

Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi. ev 96, mənzil 65

114.7 м²

 

Hərrac barədə daha ətraflı məlumatla aşağıdakı linkdə tanış ola bilərsiz: 

//e-herrac.com/advertisement/dasinmaz-emlak/menzil/tekrar-herrac-barede-elan

Ləğvetmə komissiyası həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə  satışının təşkili davam edəcəkdir  və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəkdir.

Xatırladaq ki, əmlak ilkin olaraq 2.000.000 (iki milyon) manata şatışa çıxarılmışdır.

LPO “Standard Insurance”-ın sığorta şirkətinin ləğvetmə komissiyası