Londonun ICE birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti 2024-cü il avqustun 8-dən bəri ilk dəfə 78 dollar/bareldən aşağı düşüb.

İqtisadiyyat.az xəbər verir ki, Bakı vaxtı ilə saat 20:19-a olan birja məlumatlarına əsasən, Brent markalı neftin bir barelinin qiyməti 2,23% azalaraq 77,9 dollar olub.

Bakı vaxtı ilə saat 20:35-də Brent fyuçersləri 78,11 dollardan satış edib.

Eyni zamanda, WTI markalı xam neftin oktyabr ayında tədarük üçün fyuçersləri 1,86% itirərək bir barel üçün 74 dollara düşüb.