BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin ekspertləri tərəfindən “World Population Prospects 2019” adlı illik hesabat dərc olunub. Hesabat çərçivəsində dünya əhalisinin dəyişmə tendensiyaları təhlil olunub.
APA-nın sözügedən hesabata istinadən verdiyi məlumata görə, dünya əhalisinin artımı davam edir, lakin artım tempi əhəmiyyətli dərəcədə azalıb. Hazırda əhalinin artım templəri 1950-ci ildən etibarən minimaldır və bu da fertilliyin (nəsilvermə qabiliyyəti) kəskin azalması ilə bağlıdır.
Dünyada əhalinin artımı müşahidə olunmasına baxmayaraq, bir sıra ölkədə ekspertlər azalmanın müşahidə olunduğunu qeyd edirlər ki, bu da müxtəlif faktorlarla əlaqədardır.
2010-2019-cu illərdə əhalisi azalmış ölkələrin reytinqi:
# |
Ölkə |
2019-cu ildə əhalinin sayı |
2010-2019-cu illər ərzində azalma, % |
1 |
Suriya |
17 070 135 |
20 |
2 |
Puerto-Riko |
2 933 408 |
18 |
3 |
Litva |
2 759 627 |
12 |
4 |
Bosniya və Herseqovina |
3 301 000 |
11 |
5 |
Latviya |
1 906 743 |
10 |
6 |
Uollis və Futuna adaları |
11 646 |
10 |
7 |
Andorra |
77 142 |
9 |
8 |
Sen-Pyer və Mikelon |
5 822 |
8,5 |
9 |
Bolqarıstan |
7 000 119 |
6 |
10 |
Rumıniya |
19 364 557 |
5,5 |