İranın hökumət nümayəndələri, Səudiyyə Ərəbistanının pul almaq məqsədilə İranın neft tankerini 2 aydır girov saxladığını irəli sürərək, Səudiyyəni qanunsuz olaraq tanker əl qoymaqda ittiham edib.

Səudiyyə Ərəbistanı mayın 2-də “Happiness”(Xoşbəxtlik) adlı motorlu qayığının qəzalı və nəzarətdən çıxan bir İran neft tankerini 26 üzvü ilə birlikdə qurtardığı barədə məlumat vermişdi. Ancaq Səudiyyə Ərəbistanının neft tankerini Ciddədə təmir edilməsinə rəğmən, gündəlik 200 min dollar baxım xərci tələbi etdiyi üçün təmirin rədd edildiyi deyilir.

İran millət vəkili dünən verdiyi açıqlamada, “Səudiyyə Ərəbistanı rəhbərliyi əvvəlcə yaxşı münasibət göstərərək, qəzalı vəziyyətdə olan tankeri təmir etdirdi və gəminin heyətin yeməklə yardım etdi. Ancaq son bir neçə həftədir edilən yardımları dayandırıb”.

İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri, deputat Məhəmməd Cavad Ceamali Nobandegani, Səudi hökumətinin neft tankerini pul qarşılığında geri qaytarılmadığına inandığını bildirib. Nobandegani, “Səudiyyə Ərəbistanının İranın neft tankerini qaytarmağı rədd etməsi, girov götürmək mənasına gəlir. Səudiyyə Ərəbistanının Yəməndə düşdüyü mühasirənin intiqamını aldığını düşünürəm. Ancaq bu ağılsız və uşaqcasına oyun Riyadın zərəri ilə qurtaracaq” deyib.

 

Mehman NəbiyevSəudiyyə Ərəbistanı neft tankerini girov saxlayır- İran deputatlarından İDDİA