İyun ayında Səudiyyə Ərəbistanı əvvəlki ayla müqayisədə neft hasilatını 1,8%, ixracını isə 1,2% azaldıb.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, ölkənin neft ixracının həcmi gündəlik 6,118 milyon bareldən 6,047 milyon barelə enib. Bununla belə, bu, 2023-cü ilin iyun ayı ilə müqayisədə 11,1% azdır.

Səudiyyə Ərəbistanının gündəlik neft hasilatı isə 8,99 milyon bareldən 8,83 milyon barelə enib. Bu da illik ifadədə 11,3% azdır.

 

Gözəl Həşimova