Xam neft dünyada ən çox tələb olunan enerji mənbələrindən biridir. Beləliklə, neft sənayesi dünya iqtisadiyyatının ən güclü sahələrindən biridir.

İqtisadiyyat.az-ın araşdırmasına görə, neft tələbi güclü ortamüddətli artım nümayiş etdirir. Dünyada neft tələbinin 2045-ci ilə qədər gündəlik 116 milyon barelə yüksələcəyi proqnozlaşdırılır.

Bugünkü siyasətlərə və bazar tendensiyalarına əsaslanaraq, Asiyanın sürətlə inkişaf edən iqtisadiyyatlarında neftdən istifadə daha da artacaq. Lakin bu qazanclar artan elektrikli avtomobil satışları, Yaxın Şərqdə elektrik enerjisi istehsalı üçün neftdən istifadənin azalması, enerji keçidlərinin artması kimi amillərlə getdikcə kompensasiya olunacaq.

Qlobal neft tələbi 2028-ci ildə gündəlik 110,2 milyon barel səviyyəsinə çatacaq ki, bu da 2022-ci illə müqayisədə 10,6 barel artım deməkdir. Uzunmüddətli perspektivdə qlobal neft tələbinin 2022-ci ildən 2045-ci ilə qədər sutkada 16 bareldən çox artacağı gözlənilir.

OPEC qlobal neft məhsulları tələbinin 2045-ci ilə qədər gündəlik 110 milyon barelə çatacağını proqnozlaşdırır, benzin və dizel kimi nəqliyyat yanacaqlarının isə ən çox istehlak edilən məhsullar olaraq qalacağını gözləyir.

Dizel və benzinə tələbatın 2021-ci ildəki 27,6 milyon bareldən 2045-ci ildə sutkada 30,1 milyon barelə çatacağı proqnoz edilir.

Araşdırmalara görə, dünyada neft tələbinin bu il rekord səviyyəyə çatacağı gözlənilir:

İllər

Neft tələbi

2005

83,6 milyon barel

2006

84,5 milyon barel

2007

86,5 milyon barel

2008

85,9 milyon barel

2009

84,6 milyon barel

2010

84,8 milyon barel

2011

87,2 milyon barel

2012

89,1 milyon barel

2013

91,1 milyon barel

2014

92 milyon barel

2015

94,2 milyon barel

2016

95,7 milyon barel

2017

97,6 milyon barel

2018

99 milyon barel

2019

100,2 milyon barel

2020

91,1 milyon barel

2021

97 milyon barel

2022

99,5 milyon barel

2023

102,2 milyon barel

2024

104,4 milyon barel

 

Qeyd edək ki,  2023-cü ilə qədər dünyada təxminən 1,57 trilyon barel sübut edilmiş xam neft ehtiyatı olub. Bu da rekord səviyyə hesab olunur. 

 

Gözəl Həşimova