ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəyəri 0,32% artaraq 1 barelə görə 79,07 ABŞ dolları təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabr ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,26% artaraq 1 barelə görə 76,11 ABŞ dolları olub.