Yeni Zelandiya ciddi enerji çatışmazlığı səbəbindən dənizdə neft və qazın işlənməsinə qoyduğu qadağanı ləğv edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin energetika naziri Simeon Braun qeyd edib.

Onun sözlərinə görə, hökumət elektrik ötürücü xətlərin istehsalı ilə məşğul olan müəssisələrə qoyulan bir sıra məhdudiyyətləri aradan qaldırmağı, istehsalçıların su elektrik stansiyalarına çıxışını təmin etməyi planlaşdırır.

Şiddətli enerji çatışmazlığı səbəbindən Yeni Zelandiyanın Nazirlər Kabineti ölkənin enerji təhlükəsizliyi üçün ciddi riskin aradan qaldırılmasına yönəlmiş bir sıra tədbirləri tez bir zamanda təsdiqləmək məcburiyyətində qalıb.

 

Gözəl Həşimova