ABŞ-nin xam neft ehtiyatlarının azalması fonunda neft qiymətləri artıb.
İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin oktyabr müqaviləsində bir barelin qiyməti 9 sent və ya 0,11% bahalaşaraq 78,74 dollara çatıb.
"WTI" markalı neftin oktyabr müqaviləsində bir barelin dəyəri isə 15 sent və ya 0,2% artaraq 74,67 dollar olub.
Gözəl Həşimova