Yeni növ koronavirusun yayılması səbəbilə Səudiyyə Ərəbistanı xaricdən gələn zəvvarlar üçün ümrə ziyarətlərini dayandırıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı koronavirusa görə, müvəqqəti olaraq ümrə və Məscidi-Nəbəvi ziyarətlərini dayandırıb. Verilən rəsmi açıqlamada məlum virusun təhlükəli həddə yayıldığı və virusa qarşı görülən tədbirlər səbəbilə Səudiyyə Ərəbistanına koronavirusun daha çox yayıldığı ölkələrdən girişin müvəqqəti dayandırıldığı bildirilib.