Dənizlinin Buldan qəsəbəsində sensor telefon qazandığını düşünən 67 yaşlı vətəndaş gələn karqo ilə şoka düşüb.

Türkiyənin Dənizli vilayətinin Buldan qəsəbəsində yaşayan Mehmet Uzu axtaran şəxslər onun sensor telefon qazandığını söyləyiblər. Fırıldaqçılar bunun müqabilində karqo üçün pul tələb edilər. Tələb olunan pulu göndərən 67 yaşlı vətəndaş gələn karqo ilə çaş-baş qalıb. İqtisadiyyat.Az "İxlas" xəbər agentliyinə istinada bildirir ki, karqo paketindən su və kətan toxumu çıxıb.

Həmişə kanallarda bu tip xəbərləri izlədiyini deyən Mehmet Uz, "indi də özümə qarşı etdilər. Vətəndaşlarımıza örnək olsun. Məni aldatdılar, inşAllah başqaları aldanmaz" deyə danışıb.