Azərbaycanda şəkərli diabetdən əziyyət çəkən kifayət qədər insan var. Bu xəstəlik vaxtında müalicə olunmayanda, vaxtında profilaktiki tədbirlər görülməyəndə, çox ciddi fəsadlara yol aça bilir.

İqtisadiyyat.az xəbər verir ki, bu vəziyyətlə qarşılaşmamaq üçün isə mütləq müayinələr və eyni zamanda peşəkar həkimlərə müraciət etmək olduqca vacibdir. Azərbaycanda bu sahədə peşəkar xidmət göstərən həkimlərdən biri də “Olimp Hospital”ın baş direktoru, yüksək ixtisaslı mütəxəssis, həkim-endokrinoloq Samir Şükürovdur.

Dr. Samir Şükürov şəkərli diabet, qalxanabənzər vəzi xəstəlikləri (zob), hipofiz vəzi xəstəlikləri, böyrəküstü vəzi xəstəlikləri, endokrin sonsuzluq, osteoporoz (sümük əriməsi), endokrin hipertoniya (yüksək qan təzyiqi), menstrual tsikl pozğunluğu, boy qısalığı, artıq çəki kimi bütün növ endokrinoloji problemləri beynəlxalq protokollar əsasında yüksək səviyyədə müalicə edir.

Peşəkar endokrinoloq Samir Şükürov 2010-cu ildə Azərbaycan Tibb Universitetini, 2015-ci ildə isə Türkiyə Respublikasının Bezmialem Vakıf Universitetini bitirib. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya kafedrasının doktorantıdır. S.Şükürov ixtisası üzrə Böyük Britaniya, İtaliya, İsveç, Almaniya, İspaniya da daxil olmaqla Avropanın 15-dən çox ölkəsində keçirilmiş beynəlxalq konfrans və təlimlərdə iştirak edib. Türkiyə Endokrinologiya və Metabolizm Dərnəyinin (TEMD) fəxri, Avropa Endokrinologiya Cəmiyyətinin (ESE) və Amerika Klinik Endokrinologiya Assosiasiyasının (AACE) həqiqi üzvüdür.