ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar nəticəsində Almaniya şirkətləri ümumilikdə 1,1 milyard avro itirib.

Trend-in məlumatına görə, bu barədə Rusiya-Almaniya Xarici Ticarət Palatsının keçirdiyi rəy sorğusunda deyilir.

Qeyd olunur ki, sorğuda 141 şirkət iştirak edib.

Respondent şirkətlərin 63 faizi sanksiyaların genişlənməsi təhdidlərinə baxmayaraq Rusiyada fəaliyyətlərini dayandırmayacağını bildirib.