Rusiyanın beynəlxalq aktivləri artıb. “Bank Rossii”nin məlumatına görə, ümumi həcm 500 milyard dolları keçib.

Bizimyol.info xəbər verir ki, 1,5 faizlik artımdan sonra Rusiyanın beynəlxalq aktivləri 502,7 milyard dollar olub. Aktivlərin bir həftə ərzində 7,5 milyard dollar artdığı bildirilir.

Rusiya Mərkəzi Bankı

“Bank Rossii” artımı büdcə qaydaları çərçivəsində xarici valyutanın müsbət qiymətləndirilməsi və alınması ilə bağlayıb.

İyunun 6-də Rusiya Mərkəzi Bankının rəhbəri Rusiya iqtisadiyyatının yaxın gələcəyi ilə bağlı müsbət proqnoz vermişdi. O, 2024-cü ilə qədər ölkənin iqtisadi inkişafının orta dünya göstəricisini 3 faiz ötəcəyini bildirmişdi.