Rusiyanın Odessa vilayətində gecə saatlarında pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücumda taxıl anbarlarına ziyan dəyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Odessa vilayətinin Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper bildirib.

Onun sözlərinə görə, Rusiya Odessa vilayətinin cənubuna PUA-larla gecə 3 saat ərzində hücum edib. Ukraynanın hava hücumundan müdafiə qüvvələri 9 “Şahed” tipli PUA-ları məhv edib.

 

Gözəl Həşimova