Rusiya hökuməti ABŞ, Kanada, Avropa İttifaqı ölkələri, Avstraliya və Norveçdən qida məhsullarının idxalı ilə bağlı tətbiq etdiyi embarqonun müddətini 2020-ci ilin sonuna qədər uzadıb.

“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir. 

Xatırladaq k i, 2014-cü ilin avqust ayında Rusiya prezidenti Vladimir Putin anti-Rusiya sanksiyalarını tətbiq edən ölkələrdən bəzi kənd təsərrüfatı məhsullarının, o cümlədən qida məhsullarının və xammalın idxalını qadağan edən fərman imzalayıb. Bu dəfə embarqonun müddətinin uzadılması iyunun 20-də Avropa İttifaqı Şurasının Rusiyaya qarşı sanksiyalarının müddətinib daha 1 il uzadılmasına cavab xarakteri daşıyıb.