Bu ilin yanvar ayında Belarus, Azərbaycan və Türkiyədən Rusiyaya 78,9 milyondan çox yumurta idxal edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Rosselxoznadzor" məlumat yayıb.

Məlumata görə, ötən ay Azərbaycandan Rusiyaya 4,2 milyon, Türkiyədən 5,6 milyon, Belarusdan 69 milyon yumurta ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 dəfə çoxdur.

Qeyd edilib ki, Azərbaycandan yumurta idxalı üçün Rusiya bazarının açılması barədə qərar ötən ilin noyabr ayında verilib. Azərbaycandan yumurtanın ilk partiyası ötən ilin dekabrın 19-da Rusiyaya gətirilib.

 

Gözəl Həşimova