"Qarabağ" yoxlama oyununda Polşanın "Rakuv klubuna məğlub oldu.

İqtisadiyyat.az xəbər verir ki, matçdan sonra jurnalistlərin suallarını cavablandıran Qurban Qurbanov yeni transfer Adama Diakabi haqqında danışıb:

"Diakabi çoxdandır oynamır. İdman formasını qaytarmaq çox çətin olacaq. Oyun ritminə düşmək üçün vaxt lazımdır. Ehtiyatlı olmalıyıq, tələssək, futbolçu "yana" bilər. Proqramlı şəkildə hazırlamağa çalışacağıq. Bacarıqlı futbolçudur. İnanıram ki, bizə çox faydası çox olacaq. Onu əvvəlki formasına qaytarmağa çalışacağıq.

Qey edək ki, Adama Diakabi "Rakuv"la matçın ikinci hissəsində meydana daxil olmuşdu.