Milli Məclisin Mədəniyyət komitəsinə sədr seçkisi olub.

İqtisadiyyat.az xəbər verir ki, deputat Fazil Mustafa komitəyə sədr seçilib.

Məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında səsverməyə qoyulub.

Beləliklə, deputat Fazil Mustafanın sədr, deputat Ülviyyə Ağayevanın isə komitənin sədr müavini seçilməsi qəbul edilib.

Qeyd edək ki, komitənin keçmiş sədri Qənirə Paşayeva olub. O, bu ilin sentyabr ayında dünyasını dəyişib.