Rus orduları həm Ukraynada, həm də beynəlxalq ictimaiyyətdə şiddətli müqavimətlə qarşılaşarkən, Vladimir Putinin "B planı"nı işə saldığı iddia edilib.

Bu  barədə Almaniyanın "Bild" qəzeti məlumat  yayıb.

Qəzet, Rusiya ordusunun son vaxtlar mülki əhalini və hökumət binalarını hədəfə aldığına diqqət çəkərək, “Putin ən qorxulu silahını ortaya qoydu: TOS-1 Buratino reaktiv yaylım atəşi”,  - deyə qeyd edib.  

Həmçinin bildirilir ki, 3,5 kilometr mənzilli silah termobarik döyüş başlığına malikdir. Qəzet ABŞ -da yerləşən "CNN" media təşkilatının müxbirinin Ukrayna sərhədinə yaxın olan Belqorodun cənubundan paylaşdığı videonu da dərc edib. Qəzet yazıb ki, TOS-1 nəqliyyat vasitəsi ilə döyüşə göndərilib.

Qəzet  yazır  ki, “Bu döyüş başlıqları partlayanda təzyiq yaradır və daxili orqanlara zərər verir. İnsanların ağciyərlərindən hava çəkir. 2000-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinin apardığı araşdırmada bu silahın böyük zərər verdiyi müəyyən edilib. Vakuum bombası oksigendən istifadə edir”.

“Bild” həmçinin Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarovanın sözlərinə yer verib.

"Markarovanın  sözlərinə  görə, Rusiya bu silahdan istifadə edəcək.  Putin bu silahı Suriyada, 2-ci Çeçen müharibəsində və İraqda daha əvvəl də istifadə edib". Unikal