Rusiya prezidenti Vladimir Putin rəsmi səfərlə Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyada gedib. 

İqtisadiyyat.az
 "İnterfaks"a istinadən xəbər verir ki, Putin hava limanına çatarkən 21 yaylım atəşi açılıb.

Onu Kral Sarayında isə Salman bin Əbdüləziz əl-Səud qarşılayıb. 

Rusiya prezidenti ər-Riyad küçələrində "Aurus" limuzinində 16 maşın və at, o cümlədən 3 avtobusun müşayiəti ilə hərəkət edib.