Xankəndi və Xocalıda iki məktəb və iki uşaq bağçasının əsaslı təmirinə başlanılır.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi hazırlıqlara başlayıb.

Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində yerləşən 624 şagird yerlik tam orta məktəb binasının və  körpələr evi-uşaq bağçasının, eləcə də Xocalı şəhər tam orta məktəbin və körpələr evi-uşaq bağçasının əsaslı təmiri üzrə layihə-smeta sənədlərinin hazırlanmasına start verilib.

Nazirlik layihə-smeta sənədlərinin hazırlanmasını “Sosial-İnkişaf Layihə” MMC-yə həvalə edib.