Plastik məhsulların ətraf mühitə təsirinin azaldılmasına dair Avropa Parlamentinin və Şurasının 2019-cu il 5 iyun tarixli sənədi Monteneqronun hüquq sisteminə daxil ediləcək.

AZƏRTAC ölkə mətbuatına istinadla xəbər verir ki, sənəd birdəfəlik istifadə edilən plastik məhsulların bazara buraxılmasını qadağan edir və onun müddəaları “Tullantıların nizama salınması haqqında” yeni qanunla və müvafiq əlavə qanunlar vasitəsilə Monteneqronun hüquq sisteminə daxil ediləcək.

Qeyd edilir ki, məqsəd birdəfəlik istifadə edilən plastik məhsulların ətraf mühitə, xüsusilə də dəniz və insan sağlamlığına mənfi təsirini məhdudlaşdırmaqdır.