Respublika Perinatal Mərkəzində yanğın hadisəsindən sonra TƏBİB tərəfindən dərhal təxliyəyə başlanılıb və 60 körpə təxliyə edilib.

İqtisadiyyat.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov deyib.

Onun sözlərinə görə, təxliyə olunanların vəziyyəti stabildir: “Körpələr TƏBİB-in tabeliyindəki 6 tibb müəssisəsinə təxliyə olunub. Həmin körpələrin yanıq və tüstüdən boğulma diaqnozları yoxdur”.

O qeyd edib ki, Respublika Perinatal Mərkəzi 3-cü səviyyəli doğum tibb müəssisəsidir: “Buradakı körpələr ya vaxtından əvvəl, ya da yanaşı patologiya ilə doğulanlardır. Təxliyə ilə bağlı hansısa ağırlaşma olmayıb”.