İngiltərə Premyer Liqası çərçivəsində 7-ci turdan təxirə salınmış matç oynanılıb.

İqtisadiyyat.az xəbər verir ki, "Mançester Siti" doğma meydanında "Totenxem" klubunu qəbul edib. İlk hissəsini məğlub bitirən  Mançester şəhər təmsilçisi matçı 4-2 hesabı ilə qazanmağı bacarıb. Matçdan sonra Pep Qvardiola fikirlərini bölüşüb:

"Bütün klubdan reaksiya gözləyirəm. Biz xoşbəxt güllər komandasıyıq. Mən belə olmaq istəmirəm, "Arsenal"ı məğlub etmək istəyirəm. Biz belə oynadıqca "Arsenal" bizi məğlub edəcək".