Bu ilin üç ayında Azərbaycandan 25 min 947 ton pambıq lifi və 2 min 689 ton pambıq ipliyi ixrac olunub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Yanvar-mart aylarında ixrac edilən pambıq lifinin dəyəri 37 milyon 523 min, pambıq ipliyinin dəyəri isə 6 milyon 446 ABŞ dolları olub.
Ötən ilin eyni dövründə ölkədən 13 milyon 544 min dollar dəyərində pambıq lifi ixrac edilib.