Pakistan hökuməti Hindistandan həyati əhəmiyyətli dərmanların gətirilməsinə qoyulan qadağanı ləğv edib.

APA-nın “Geo TV” telekanalına istinadən verdiyi xəbərə görə, Pakistan hökumət həmçinin Hindistana dərman ixracına da icazə verib.

Qeyd edək ki, rəsmi İslamabad Hindistan rəhbərliyinin avqustun 5-də Cəmmu və Kəşmirin statusunun ləğvi ilə bağlı qərarından sonra bu ölkə ilə ticarətin dayandırıldığını bəyan edib.