Özbəkistanda Koreya Respublikasının Kyunq-in Qadın Universitetinin filialı açılacaq.

İqtisadiyyat.Az azərtac-a istinadən xəbər verir ki, Daşkənddə Kyunq-in Beynəlxalq Universitetində ancaq qadınlar təhsil alacaqlar. Bu, Müstəqil Dövlətlər Birliyi məkanında ilk qadın universiteti olacaq.

Universitetdə toxuculuq, dizayn, dəb, aviasiya, turizm, səhiyyə, gözəllik sənayesi və digər sahələrdə mütəxəssislər hazırlanacaq. Ali təhsil ocağında müasir tədris avadanlığı, laboratoriyalar, zəngin kitabxana fondu yaradılacaq, tədris prosesində qabaqcıl xarici təcrübədən istifadə ediləcək.