Özbəkistan hava yolları” Milli Aviasiya Şirkəti “Uzbekistan Airways”, “Uzbekistan Airports” və “Uzbekistan Helicopters” adlı üç Səhmdar Cəmiyyətə (SC) ayrılıb.

“Uzbekistan Airways” uçuşların təşkili ilə məşğul olacaq. Yeni qurumun vəzifələrinə hava gəmilərinin idarə olunması, uçuş coğrafiyasının genişləndirilməsi və yeni istiqamətlərin öyrənilməsi daxildir.

“Uzbekistan Airports” SC Özbəkistandakı bütün hava limanlarına cavabdeh olacaq. Daşkənd, Səmərqənd, Buxara, Fərqanə, Əndican, Karşi, Nəvai, Nukus, Namanqan, Termez və Urgənc hava limanlarının payı bu SC-ə verilib.

“Uzbekistan Helicopters” SC isə “Xüsusi Aviasiya İşçiləri Şirkəti”nin bazasında yaradılıb və bu qurum Özbəkistan Nəqliyyat Nazirliyinin bazasına verilib.

Xatırladırıq ki, ötən ilin noyabr ayında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Özbəkistan hava yol