2023-cü il ərzində Prezident yanında Ali Attestasiya Komissiyası tərəfindən fəlsəfə doktoru elmi dərəcəsi verilmiş kişi və qadın iddiaçıların sayı açıqlanıb.

Bu barədə İqtisadiyyat.az Komissiyadan məlumat əldə edib.

Belə ki, onlardan 125 nəfəri kişi, 400 nəfəri isə qadındır.

Mexanika, astronomoya, antropologiya və memarlıq sahəsi üzrə kişi və qadınlar arasında fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnən olmayıb.

Qadınlar arasında filologiya və biologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi alanlar üstünlük təşkil edib.

Yer elmləri, əczaçılıq elmləri və sosiologiya üzrə kişilər arasında elmi dərəcə alan olmayıb.

Qadınların isə ala bilmədiyi elmi dərəcə milli təhlükəsizlik və hərbi elmlər üzrə olub.