OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələrinin 2023-2024-cü illər üçün gündəlik xam neft hasilatı üzrə proqnoz artırılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) aylıq hesabatında qeyd olunub.

Hesabata görə, bu il OPEC ölkələrinin gündəlik neft hasilatı 28,06 milyon barel təşkil edəcək, bu da əvvəlki proqnozla müqayisədə 0,04 milyon barel çoxdur. Eyni zamanda, gələn il OPEC ölkələrinin gündəlik neft hasilatı 28,5 milyon barel olacaq ki, bu da əvvəlki proqnozla müqayisədə 0,01 milyon barel çoxdur.

Əlavə edək ki, ötən il OPEC ölkələrinin gündəlik neft hasilatı 28,67 milyon barel olub.

 

Gözəl Həşimova