Meksika Dövlət Başçısı Andres Manuel Lopez Obradorun keçmiş sürücüsü və logistik koordinatoru Nikols Mollinedo Bastar, İctimai Ekoloji Hərəkat adlı partiya qurub. Bastar, 2021-ci il seçkilərində namizəd oalcağını indidən bildirib. Prezident  Andres Manuel Lopez Obrador 2004-cü ildə paytaxt Mexikonun meri olduğu zaman Nikols Bastar 60 min peso (təxminən 3 min dollar) maaşla onun sürücüsü olub.

Meksika üçün İctimai Ekoloji Hərəkat, iqlim dəyişikliyi və ekoloji tədbirlərlə seçicilərin səslərini qazanacaq. Bir partiya kimi tanınması üçün, 20 əyalət və 200 seçki dairəsində tanınmalıdır.

Qeyd edək ki, Nikols Bastarın, Obradorun sürücüsü ikən 60 min peso (3 min dollar) maaş alması böyük təpkiyə səbəb olub. Həmin dövrdə şəhər valisi olan Obrador Nikols Mollinedo Bastarın onun logistik koordinatoru olduğunu açıqlamağa məcbur olmuşdu.