İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) üzv ölkələrində neft və neft məhsullarının kommersiya ehtiyatları dekabr ayında 60 milyon barel azalaraq 2.680 milyon barelədək geriləyib.

Beynəlxalq Enerji Agentliyinin (IEA) fevral hesabatına görə, həmin rəqəm əvvəlki ilin müvafiq dövrünə nisbətən 355 milyon barel az və son yeddi ilin ən aşağı həddidir.

Hesabata əsasən, mövcud ehtiyatlar gözlənilən tələbatın 59,6 gününü görür ki, bu da əvvəlki aya nisbətən 0,9 gün, indiyədək hesablanmış orta səviyyəyə nisbətən isə 3,2 gün azdır.

Ehtiyat həcminin azalması orta distilatlar ehtiyatlarının bütün regionlarda kəskin azalması ilə izah edilir.