ABŞ-ın keçmiş prezidenti Barak Obamanın geyindiyi basketbol maykası hərracda 120 min dollara satılıb.

Axar.az xəbər verir ki, bu barədə “Heritage Auctions” hərrac evindən məlumat verilib.

Məlumata görə, hərrac bazar günü Texas ştatının Dallas şəhərində keçirilib.

Barak Obama Honoluluda (Havay ştatı) “Punxao” məktəbində oxuyarkən basketbol klubunda oynayıb və maykanı da o zaman geyinib.