Bu günə qədər Azərbaycan ərazisində 427 833 hektar ərazidə taxıl biçini aparılıb. 

İqtisadiyyat.Az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. 

Məlumata görə, bunun 271 634 hektarı arpa, 156 198 hektarı isə arpa sahəsidir. 

Qeyd edək ki, bu il ölkə ərazisində 1 009 140 hektar sahədə taxıl əkini aparılıb. Bunun 677 793 hektarı buğda, 331 347 hektarı arpa sahəsidir. 

Bu günə qədər ölkə üzrə 1 329 476 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31 sentner təşkil edir.

Bərdə, Zərdab, Yevlax və Sabirabad rayonlarında arpa biçini başa çatıb. Kürdəmir, Beyləqan, Cəlilabad, Masallı, Qax, Biləsuvar, İmişli, Saatlı, rayonlarında arpa biçini başa çatmaq üzrədir. Kürdəmir ərazisində arpa əkilmiş 29 926 hektar sahənin 29 670 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 33,3 s/ha təşkil edir. Şəki, Cəlilabad, Masallı, Hacıqabul, Salyan, Ağsu, Ağdaş, Bərdə, Goranboy, Qax, Ağcabədi, Füzuli, Ağdam, Tərtər rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib:

Rayon Arpa sahəsi, ha Biçilmiş sahə, ha Məhsuldarlıq, s/ha
Şəki 21 626 18 080 34,0
Sabirabad 9 600 9 600 37,4
Zərdab 5 730 5 730 30,6
Yevlax 5 083 5 083 29,0
Cəlilabad 4 509 4 460 35,2
Bərdə 2 568 2 568 38,2
Beyləqan 1 765 1 756 29,2
Ağsu 16 036 14 090 30,9
Goranboy 11 500 10 345 24,0
Qax 2 881 2 811 25,9
Masallı 2 786 2 738 21,0
Ağcabədi 5 637 5 589 33,3
Füzuli 8 505 8 463 29,1
Ağdam 2 215 2 122 35,8
Tərtər 3 815 3 608 33,7
İmişli 6 322 6 312 34,2
Göyçay 6 851 6 429 31,5
Salyan 9 917 9 358 36,2
Ağdaş 11 473 9 372 23,5
Saatlı 5 822 5 821 36,2
Siyəzən 2 516 2 236 29,1
Balakən 458 452 28,8
Cəbrayıl 550 548 30,5
Lənkəran 68 63 12,1
Ucar 7 716 7 460 26,7
       

Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.