Naxçıvan şəhər Sahil Parkı əsaslı təmir olunacaq.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı hazırlıqlara başlanılıb.

Təmirlə yanaşı abadlıq işləri də həyata keçiriləcək.

Hazırda şəhər icra hakimiyyəti parkın əsaslı təmiri ilə bağlı konseptual dizaynı, baş plan və şəhərsalmanın texniki iqtisadi əsaslandırmasını, mühəndis - geoloji axtarış işlərin aparılmasını və hesabatın hazırlanmasını reallaşdıracaq şirkət axtarışındadır.

Xatırladaq ki, Naxçıvan şəhərində Sahil Parkı 2020-ci ildə istifadəyə verilib. Ümumi sahəsi 20,6 hektar olan parkda 2 idman meydançası, tennis kortu və 4 stolüstü tennis quraşdırılıb, 100 yerlik kafe istifadəyə verilib. Parkın ərazisində uzunluğu 2834 metr olan velosiped zolağı salınıb.

2020-ci ildə parkın açılışında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ozamankı sədri Vasif Talıbov iştirak edib.