2023-cü ilin əvvəlindən Rusiya bazarına 40-dan çox yeni beynəlxalq brend daxil olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "IBC Real Estate" konsaltinq şirkətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, daha 11 beynəlxalq brendin bu ilin sonuna qədər bazara daxil olması planlaşdırılır.

2024-cü ilin avqust ayına olan məlumata görə, yeni xarici brendlərin mağazaları 130 min kvadratmetr ərazini tutur.

 

Gözəl Həşimova